AZ

Bu kəndlərə köçən ailələrə mənzillərin açarları təqdim edildi

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Aprelin 14-də doğma yurda yola salınan növbəti köç karvanları Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb.Bizim.Media xəbər verir ki, ailələrə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət 4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailə, Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailə, Heyvalı kəndinə 13 nəfərdən ibarət 3 ailə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailə və Xocalı rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət 1 ailə köçürülüb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
6
bizim.media

10Mənbələr