Bakı.Trend:
Pirşağı hövzəsi üzrə kanalizasiya kollektorları və tullantısutəmizləyici qurğu tikilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Trend-ə verilən məlumataəsasən, ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasosstansiyasının inşası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil,Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanıqəsəbələrində tullantı sularının idarə edilməsinə imkanyaradacaq.
Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasmahallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahilboyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
Hazırda layihə üzrə 9,8 km təzyiqli tullantı su xəttinin və 3,9km-lik koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrədigər müxətlif diametrli boru və mikrotunellərin çəkilməsiistiqamətində işlər müntəzəm icra olunur.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarınıntikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtadan 6-ıtamamlanıb, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasındaişlər davam etdirilir.