AZ

Qrup yoldaşını bıçaqlayan şəxs hakim qarşısında

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakıda qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə  məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisə günü qeydə alınan video nümayiş etdirilib.

Dövlət ittihamçısı vəsatət verərək, təqsirləndirilən şəxs barədə  təkrar kompleks psixoloji ekspertizanın keçirilməsini məhkəmədən istəyib. 

Dövlət ittihamçısı bu vəsatəti F.Əliyevin hadisəni törədərkən anlaqlı olub-olmamasının müəyyən olunması ilə bağlı əsaslandırıb.

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunduğunu elan edib.

Məhkəmənin növbəti iclası mayın 12-nə  təyin edib.

Xatırladaq  ki, hadisə 2025-ci ilin avqustunda Bakıda baş verib.

Hadisəyə Fərid Əliyevin anası və tələbə yoldaşının mesajlaşdığı ilə bağlı iddialar səbəb olub. O buna görə tələbə yoldaşı ilə mübahisə zamanı ona bıçaq zərbələri endirib.

İstintaq zamanı təqsirləndirilənin şübhələrinin təsdiqini tapmadığı bəlli olub.

Bildirilir ki, təqsirləndirilən Fərid Əliyev qəbul imtahanları zamanı 670 bal toplayaraq Xəzər Universitetinə qəbul olunub. Onun hadisəni törədən vaxt anlaqsız vəziyyətdə olduğu məlum olub. Buna görə də o, 1 saylı Ruhi-Əsəb Dispanserində məcburi müalicəyə cəlb olunub.

Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Orxan Rasifoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
4
unikal.az

5Mənbələr