
İran və ABŞ arasındakı münaqişənin həlli üçün yeni danışıqlar Türkiyədə və ya Misirdə baş tuta bilər.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
"Türkiyə və Misir rəsmiləri də müharibəyə son qoymaq üçün diplomatik səylərdə rol oynayıblar və bu da görüşün bu ölkələrdən birində baş tutma ehtimalını artırıb", - deyə vurğulanıb.
Qeyd edək ki, bundan öncə bir sıra xarici KİV-lər ABŞ və İran arasında danışıqların aprelin 16-da İslamabadda baş tutacağını yazıb.
Daşqın HəsənovMissiya.Az