“Milan” “Vest Hem”dən icarəyə götürdüyü Niklas Fülkruqu komandada saxlamaqdan imtina edib.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 33 yaşlı hücumçu üçün nəzərdə tutulan 5 milyon avroluq satın alma opsiyasını aktivləşdirməyəcək.
Fülkruq mövsümün sonunda icarə müddəti bitdikdən sonra “Vest Hem”ə qayıdacaq. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.