AZ

Netanyahu Hillari Klintonu nəyə razı salmağa çalışıb? - Sirlər açıldı

“İsrailin Baş naziri Benyamin Netanyahu uzun illər ərzində ABŞ prezidentlərini İranla sonu görünməyən müharibəyə razı salmağa çalışıb”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların keçmiş dövlət katibi Hillari Klinton MS NOW kanalına telefon bağlantısı zamanı səsləndirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı B.Netanyahu və onun hərbi kabineti ilə dəfələrlə, saatlarla davam edən geniş müzakirələr aparıb.

Keçmiş dövlət katibinin sözlərinə görə, İsrail tərəfi İranla bağlı konkret nəticəsi və ya aydın son məqsədi olmayan addımlar atmağa çalışıb. Lakin o, belə qeyri-müəyyən və nəticəsi əvvəlcədən müəyyən edilməmiş planları dəstəkləməkdən imtina etdiyini vurğulayıb.


Telegram kanalımız
Seçilən
13
1
yenisabah.az

2Mənbələr