AZ

Bakıda binada partlayış – Ölən var


Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.
Yeniavaz.com
Oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.
Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.
Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.
Baku.ws xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.
Seçilən
16
15
yeniavaz.com

10Mənbələr