İran ABŞ ilə danışıqlara hazırdır, lakin bu danışıqlar hüquqi normalar çərçivəsində aparılmalıdır.
Ölkə.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanıdeyib.
"İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün yol hesab edir və milli ləyaqətini və nüfuzunu qoruyub saxlayaraq, hüquqi normalar çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir", - Pezeşkianın Telegram kanalında yazıb.
Mürtəza