AZ

Qohum evliliyi ilə bağlı mübahisəli sual - Nazirlik cavab verdi

Bakı. Trend:

Məlum olduğu kimi, 28 iyun 2024-cü ildə Ailə MəcəlləsinəAzərbaycanda qohum evliliyini qadağan edən müddəalar əlavə edilib.

Belə ki, 2025-ci il iyulun 1-dən qardaşların və (və ya)bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcədə bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı,həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahınbağlanması qadağan edilib.

Bəs görəsən, yuxarıdakı müddəlar tərəflərdən birininvalideyninin valideynlik hüquqlarından məhrum edildiyi və ya ataadının dəyişdirdiyi halda da tətbiq olunurmu?

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,tərəflərdən birinin valideynlərinin valideynlik hüquqlarındanməhrum olması, yaxud onun ata adını dəyişdirməsi doğum haqqında aktqeydində tərəflərin valideynlərinə dair məlumatların dəyişməsinəsəbəb olmadığından bu hal nikahın qeydiyyatı zamanıqanunvericilikdə müəyyən edilmiş qadağanı aradanqaldırmır.

Həmçinin, bioloji qohumların birgə uşağının olması nikahın qeydəalınması zamanı Ailə Məcəlləsinin yuxarıda qeyd edilmişmüddəalarının tətbiqini istisna etmir.

Əlavə olaraq vurğulanıb ki, nikaha daxil olmaq istəyən şəxslərarasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin,konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəlişəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemivasitəsilə yoxlanılır.

Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsimümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin vəonların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surətinikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.

Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluqəlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavəsənədlər tələb oluna bilər.

Qeyd edilib ki, qanunun qüvvəyə minməsindən sonra ƏdliyyəNazirliyinin qeydiyyat şöbələri tərəfindən yuxarıda qeyd edilmişkateqoriya qohumlar arasında heç bir nikahın qeydiyyatıaparılmayıb.

Qanunun qüvvəyə minməsinədək bioloji qohumlar arasında bağlanmışnikahlar isə etibarlı hesab edilir.

Seçilən
25
az.trend.az

1Mənbələr