AZ

Fermerlərin zəhməti boşa gedir – Pomidorlar niyə çürüyür?

Pomidorun vətəni Göyçay hesab olunur. Amma bu il pomidorlar istixanalarda çürüyür. 

Buna səbəb nədir?

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, son günlər müşahidə olunan yağıntılı hava şəraiti pomidor fermerlərinin işini çətinləşdirib. Məhsul yetişmədən artıq çürüməyə başlayıb. Bu isə məhsuldarlığa təsir göstərir.

Fermerlərin sözlərinə görə, yüksək rütubət səbəbindən bitkilərdə çürümə halları artır:

“Xəstəlik artır və məhsuldarlıq aşağı düşür. Bu isə onların həm zəhmətinə, həm də gəlirlərinə mənfi təsir göstərir.

Digər fermerlərdə də eyni problem var. Məhsulumuz olsa da çürüyür. Dərman versək də məhsul çürüyür. Bunun tək səbəbi hava şəraiti ilə bağlıdır”.

Məsələ ilə bağlı GDAİM-nin sektor müdiri Famil Nəbiyev bildirib ki, hal-hazırda hava şəraiti ilə bağlı daimi fermerlərlə əlaqə saxlanılır, məlumat alınır:

“Onlara lazım olan məsləhət və tövsiyələrimizi veririk”.

Seçilən
1
3
konkret.az

4Mənbələr