AZ

Sakura ağacları YOX OLACAQ

Ajans.az xəbər verir ki, bu barədə bioloq Dmitri Safonov 360.ru saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, sakura ağaclarının normal inkişafı üçün aşağı temperatur vacibdir. Lakin qlobal istiləşmə nəticəsində qışların daha mülayim keçməsi bu bitkilərə mənfi təsir göstərir — ağaclar zəif çiçəkləyir, çiçəklərini tez tökür və bəzi hallarda ümumiyyətlə “oyanmır”. Hətta temperaturun cəmi 2 dərəcə Selsi artması belə Yapon albalı ağaclarının vegetasiya prosesinə ciddi təsir edə bilər. Mütəxəssis qeyd edib ki, artıq klassik növlərlə müqayisədə daha az soyuq tələb edən sakura hibridləri mövcuddur. Bu növlərin bəziləri çiçəkləmə üçün cəmi iki həftəlik şaxta dövrü tələb edir. Safonov əlavə edib ki, ağacların süni şəkildə soyudulması texniki baxımdan mümkün olsa da, ölkə üzrə milyonlarla bitkini əhatə etdiyi üçün bu üsul praktik deyil.

Onun fikrincə, ən real çıxış yolu köhnə və daha həssas sakura növlərinin mərhələli şəkildə yeni, iqlimə daha davamlı hibridlərlə əvəz olunmasıdır.

Seçilən
9
Ajans.az

1Mənbələr