Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsmayıllı rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.