AZ

Nigar Arpadarai: Qadınların qərarvermədə iştirakı daha balanslı və dayanıqlı inkişafı təmin edir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 aprel, AZƏRTAC

Qeyri-sabitlik və münaqişələrlə dolu bir dövrdə yaşayırıq. Münaqişələr isə xüsusilə qadınlara daha çox təsir edir. Buna baxmayaraq, müxtəlif ölkələrdə qadınların səlahiyyətləndirilməsi və gələcəyə yönəlik rolunun gücləndirilməsi istiqamətində müsbət addımlar atılır. Uzun illərdir ki, Azərbaycan bu dinamika üzrə müsbət irəliləyiş nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzulu beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

“COP29-un rəhbərlik komandasında yer alan bir qadın kimi, biz dünyanın müxtəlif ölkələrindən olan qadınlarla ünsiyyət qurmuşuq və onların bu sahədəki bacarıqlarını yaxından görmək imkanı əldə etmişik. Qərarvermə prosesində qadınların iştirakı məsələsinə gəldikdə isə, qadınlar daha balanslı yanaşma ortaya qoyur, icmaların ehtiyac və istəklərini daha yaxşı əks etdirirlər.

Azərbaycanın təhsilə əlçatanlıq sahəsindəki təcrübəsi gözəl bir nümunədir. Lakin təəssüf ki, bu imkanlar hələ də dünyanın bütün ölkələrində, xüsusilə qızlar üçün eyni səviyyədə təmin olunmur”, - deyə Nigar Arpadarai vurğulayıb.

Müxbir-Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov

Fotoqraf-Azər İbrahimov

Operator-İlham Nadirov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr