AZ

“Kupça”sız həyət evlərində yaşayanlara VACİB XƏBƏR: Bu halda əlavə rüsum ödəyəcəksiniz KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi hələ də aktual problemlərdən biri olaraq qalır. Xüsusilə, çıxarışı olmayan həyət evləri ilə bağlı hüquqi və maliyyə öhdəlikləri vətəndaşlar arasında müxtəlif suallar yaradır. Belə evlərə görə əmlak vergisinin tətbiq olunub-olunmaması isə ən çox müzakirə edilən mövzulardandır. Bəs çıxarışı olmayan həyət evlərinə görə əmlak vergisi tələb oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, qanunvericiliyə əsasən əmlak vergisi yalnız mülkiyyət hüququ rəsmi qaydada təsdiqlənmiş daşınmaz əmlaklara şamil olunur.

“Əgər vətəndaşın mülkiyyətini təsdiq edən rəsmi sənəd – çıxarış yoxdursa, bu halda həmin əmlaka görə vergi öhdəliyi yaranmır. Əmlak vergisinin hesablanması üçün əsas meyar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Bu qeydiyyat olmadıqda, vergi orqanlarının həmin obyekt üzrə ödəniş tələb etməsi hüquqi baxımdan əsaslı sayılmır”.

Ekspert vətəndaşlara tövsiyə edir ki, gələcəkdə hüquqi problemlərlə üzləşməmək üçün mülkiyyət hüquqlarını rəsmiləşdirsinlər. Çünki çıxarışın olmaması təkcə vergi məsələlərində deyil, alqı-satqı, miras və digər hüquqi proseslərdə də çətinliklər yarada bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
konkret.az

2Mənbələr