AZ

AMB: İran ətrafında baş verən hadisələrin Azərbaycanın maliyyə sektoruna təsiri gözlənilmir

Bakı, 14 aprel, AZƏRTAC

İran ətrafında baş verən hadisələrin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Maliyyə Sabitliyi Hesabatının təqdimatında deyib.

Baş direktor qeyd edib ki, İranla ixracın və idxalın payı ümumi ticarətdə çox deyil.

“Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Lakin prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa proqnozlarımızı ona uyğun dəyişəcəyik”, - deyə Şahin Mahmudzadə vurğulayıb.

O bildirib ki, Yaxın Şərqdə baş verən proseslər dünya bazarında neftin qiymətini artırıb ki, bu da Azərbaycanın valyuta ehtiyatları və tədiyyə balansının artmasına səbəb olub.

Fotoqraf - İlkin Cavanşirov
Video - Vüsal Tağıyev
Seçilən
13
2
azertag.az

6Mənbələr