AZ

“Cənubi Qafqaz qlobal gərginliyin geosiyasi mərkəzinə çevrilir“ POLİTOLOQ DANIŞDI

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan qlobal turbulentlik əsasən tarixi ziddiyyətlər, geosiyasi maraqların toqquşması və uzun illər ərzində həllini tapmamış münaqişələrdən qaynaqlanır”.Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, bu proseslərin nəticəsi olaraq müxtəlif regionlarda gərginlik ocaqları formalaşır və bu da beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərir:”Son dövrlərdə dünya ictimaiyyətində yeni qlobal müharibə ehtimalı ilə bağlı narahatlıqların artması mövcud gərginliyin miqyasını daha da aydın şəkildə ortaya qoyur. Bu kontekstdə Cənubi Qafqaz geosiyasi proseslərin kəsişdiyi mühüm məkanlardan biri kimi xüsusi diqqət mərkəzindədir. Ukrayna münaqişəsi, regionun cənubunda İran ətrafında müşahidə olunan gərginliklər və Yaxın Şərqdə baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir.Bu proseslərdə iştirak edən dövlətlərin sayının artması və böyük güclərin regionlara daha fəal müdaxiləsi vəziyyəti kəskinləşdirir. Məsələn, Ukrayna məsələsində Qərb dövlətlərinin aktiv iştirakı, eləcə də İran ətrafında körfəz ölkələrinin mövqeyi geosiyasi qarşıdurmanın genişlənmə potensialını artırır.Belə mürəkkəb şəraitdə yaranan boşluqların aradan qaldırılmasında əsas vasitə kimi əməkdaşlıq, dialoq və qarşılıqlı anlaşma çıxış edir. Münaqişələrin hərbi yolla həlli cəhdləri əksər hallarda daha ağır nəticələr doğurduğundan, diplomatik vasitələrin rolu daha da ön plana çıxır. Bu baxımdan dövlətlərin, xüsusilə regional aktorların məsuliyyətli davranışı və sülh təşəbbüsləri ilə çıxış etməsi mühüm əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasət kursu da məhz bu prinsiplərə əsaslanır. Rəsmi Bakı beynəlxalq münaqişələrə münasibətdə balanslı və praqmatik mövqe nümayiş etdirərək həm regional, həm də qlobal səviyyədə sabitliyə töhfə verməyə çalışır. Münaqişə zonalarına, o cümlədən Ukrayna və İran istiqamətlərinə göstərilən humanitar yardımlar bu yanaşmanın praktiki təzahürüdür.Eyni zamanda, Azərbaycan diplomatiyası “yumşaq güc” yanaşmasını prioritet hesab edir. Bu siyasət yalnız bəyanatlarla məhdudlaşmır, həm də konkret humanitar təşəbbüslər, vasitəçilik fəaliyyəti və dialoqu təşviq edən addımlarla müşayiət olunur. Tarixi təcrübə göstərir ki, Azərbaycan bir sıra hallarda tərəflər arasında vasitəçi kimi çıxış edərək gərginliyin azaldılmasına töhfə verib.Müasir dövrdə qlobal miqyasda sülhpərvər qüvvələrin kifayət qədər fəal olmaması bəzi münaqişələrin dərinləşməsinə səbəb olur. Bəzi hallarda siyasi dairələr problemlərin mövcudluğunu qəbul etsələr də, onların həlli istiqamətində yetərli addımlar atmırlar. Halbuki, beynəlxalq gərginliklərə laqeyd yanaşma daha böyük fəlakətlərə yol aça bilər.Qlobal turbulentlik şəraitində sülh və sabitliyin təmin olunması üçün əsas prioritet dialoq, qarşılıqlı hörmət və humanitar yanaşmanın gücləndirilməsi olmalıdır. Diplomatik vasitələrə üstünlük verilməsi, etimad mühitinin formalaşdırılması və “yumşaq güc” strategiyasının genişləndirilməsi müasir beynəlxalq münasibətlər sistemində dayanıqlı sülhün əsas şərtlərindən biri kimi qiymətləndirilir”.

Müəllif: Günay Hacıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
sesqazeti.az

3Mənbələr