AZ

Şikayət indeksinə görə bankların bağlanması absurddur - AMB

Bakı. Trend:

Şikayət indeksinə əsasən bankların bağlanması düzgün yanaşmadeyil və bu, absurddur.

Trend xəbərverir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə“Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuatkonfransında bildirib.

Onun sözlərinə görə, şikayət indeksi müştəri hüquqları ilə bağlıgöstəricidir və bankın fəaliyyətinin dayandırılması üçün əsas hesabedilə bilməz.

"Bankların bağlanması məsələsinə isə prudensial nəzarətçərçivəsində baxılır. Bu zaman bankın kapital adekvatlığı, kreditportfelində gecikmələr və digər maliyyə göstəriciləri əsasgötürülür", - o vurğulayıb.

Şahin Mahmudzadə qeyd edib ki, yalnız şikayət indeksinin yüksəkolması səbəbindən bankın bağlanması bazarda əsassız ajiotaj yaradavə əlavə problemlərə səbəb ola bilər.

Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr