AZ

Bəylə gəlinin qonaqlardan qızıl yerinə istədikləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Türkiyənin Şanlıurfa şəhərində keçirilən toy mərasimi fərqli yanaşması ilə diqqət çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muhammed və Fatma Çakmak cütlüyü həyatlarının ən özəl gününü qeyri-adi şəkildə qeyd etməyi seçib. Onlar toya dəvət etdikləri qonaqlardan ənənəvi qızıl və zinət əşyaları əvəzinə hərəsinin bir valideynsiz uşaqla gəlməsini xahiş ediblər.

Cütlüyün bu təşəbbüsü böyük maraqla qarşılanıb. Nəticədə toy mərasimində ümumilikdə 100-ə yaxın valideyn himayəsindən məhrum uşaq iştirak edib. Qonaqların gətirdiyi hədiyyələr də məhz həmin uşaqlara təqdim olunub.

Toydan sonra açıqlama verən cütlük bu addımlarının əsas məqsədinin sevincini bölüşmək olduğunu bildirib. "Bu xoş günümüzdə yetim uşaqları da yanımızda görmək bizi çox sevindirdi. Qızıl əvəzinə onların iştirakını istədik və bundan böyük xoşbəxtlik duyuruq", - deyə onlar qeyd ediblər.

Sosial şəbəkələrdə geniş yayılan bu hadisə istifadəçilər tərəfindən alqışlanıb və nümunəvi addım kimi qiymətləndirilib.

Musa
Milli.Az

Seçilən
7
1
milli.az

2Mənbələr