AZ

İranın birinci vitse-prezidenti ABŞ xalqına müraciət etdi

“Amerikalılar Ağ Evin başqa bir dövlətə hesabat verən quruma çevrildiyi haqqında düşünməlidirlər”.

“Yeni Sabah”ın xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref sosial şəbəkə hesabında yazıb.

O, bu zaman İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamasına istinad edib.

Həmin açıqlamsınada B.Netanyahu bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Pakistanın paytaxtı İslamabaddan İranla danışıqlardan qayıdarkən ona məlumat verib və bunu hər gün etdiyini söyləyib.

Məhəmməd Rza Aref bu iddianı tənqid edib və vurğulayıb ki, tarixdə ilk dəfədir bir ölkənin yüksək vəzifəli şəxsi başqa bir dövlətin rəhbərinə “gündəlik brifinqlər” təqdim edir.

“Amerika xalqı anlayırmı ki, Ağ Ev faktiki olaraq başqa bir rejim üçün ‘hesabat verən quruma’ çevrilib?”, - M.R.Aref yazıb.


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr