BAKI, 14 aprel. TELEQRAF
Ermənistanı Antalya Diplomatiya Forumunda xarici işlər nazirinin müavini Vaan Kostanyan təmsil edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Forum 17-19 aprel tarixlərində keçiriləcək.
Ermənistan Baş naziri Nikol Paşinyan, hökumətin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan və xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq tədbirdə iştirak etməyəcək.