AZ

Kerrik Martinesə verilən "qırmızı"dan şikayətləndi: "Ən pisi budur ki..."

İngiltərə Premyer Liqasının 32-ci turunda "Lids Yunayted"ə öz meydanında 1:2 hesabı ilə uduzan "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik mərkəz müdafiəçisi Lisandro Martinesin oyunun 56-ci dəqiqəsində meydandan qovulmasından danışıb. 

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, o, rəqib hücumçu Dominik Kalvert Lyuinin saçından tutuduğu üçün "qırmızı" alan arxa xətt oyunçusu ilə bağlı epizoda belə münasibət bildirib:

"Ardıcıl iki oyundur ki, qərarlar bizim əleyhimizə olur. Amma Martinesə qırımızı vərəqə göstərilməsi gördüyüm ən bərbad qərarlardan biridir. Belə çıxır ki, rəqibin ilk qol zamanı Leni Yoronu dirsəyi ilə vurması, Martinesin üzünə yelləməsi qəbulediləndir. Amma Martines mübarizə zamanı müvazinətini itirirsə, rəqibin boynunun ardına toxunursa, saçındakı rezin düşürsə... Anlaya bilmədim. Bu, aqressiya, saçından tutmaq deyildi... Lisandro sadəcə, rəqibə toxundu və qovuldu. Ən pisi budur ki, onu epizoda yenidən baxmağa və aşkar səhv qərarını dəyişməyə çağırdılar. Bu, şokdur".

Toğrul

Seçilən
2
1
fanat.az

2Mənbələr