Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Millinin və "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov "Neftçi"yə dönmək fürsəti əldə edib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" 2 il öncə yollarını ayırdığı yetirməsini geri qaytarmaq fikrinə düşüb.
Paytaxt təmsilçisi 2005-ci il təvəllüdlü gənclə danışıqlara başlayıb. Arxa xətt oyunçusuna 3 illik müqavilə təklif olunub.
Abbasov "Şamaxı"ya gələnədək Premyer Liqa üzü görməyib. Onadək "Neftçi"nin əvəzedici heyətində çıxıh etmiq müdafiəçinin bəxtini Ayxan Abbasov açıb.
O, Rüfəti öncə "şirlər"in düşərgəsinə aparıb, oradan da U-21 yığmasına. Əsas millinin sükanı arxasına keçəndən sonra isə buranın qapılarını onun üzünə açıb.
Yuri Vernidub Rüfət Abbasovu Premyer Liqa oyunlarında görüb.
Ukraynalı 20 yaşlı futbolçunun "Neftçi"nin yetirməsi olduğunu bilincə, klub funksionerlərinə "belə istedadı necə əldən buraxmısız" sualı ünvanlayıb, təəccübünü gizlətməyib.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.