AZ

İnvestorlar iqtisadi artım gözləntilərini son dörd ilin ən minimumuna endiriblər

BAKI, 14 aprel. TELEQRAF

Beynəlxalq investorlar iqtisadi artım gözləntilərini son dörd ilin ən minimumuna endiriblər. İnflyasiya gözləntilərini isə təxminən beş illik maksimuma çatdırıblar. Ümumi investor əhval-ruhiyyəsi ötən ilin iyun ayından bəri ən pessimist olub.

Teleqraf xəbər verir ki, bu barədə "Bank of America"nın fond menecerləri arasında apardığı sorğunun nəticələrində qeyd edilir.

Bildirilir ki, Yaxın Şərqdə 28 fevralda başlayan münaqişə neftin və təbii qaz qiymətində kəskin artımlara səbəb olub. Bu, iqtisadi artımın yavaşlayacağı və mərkəzi bankların inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmağa məcbur olacağı yönündə narahatlıqları artırıb.

Sorğu aprelin 2-dən 9-dək 170 iştirakçı arasında aparılıb və sahibkarların bazar aktivləri 511 milyard dollar təşkil edir.

Seçilən
18
teleqraf.com

1Mənbələr