AZ

Bahar Muradova: Qadınlar Şurası qərarvermə prosesində qadınların daha fəal iştirakına imkan yaradacaq

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan AQEM-in məsuliyyətli üzvüdür. Biz bu təşkilata üzvlüyümüz çərçivəsində üzərimizə düşən vəzifələri ən yüksək səviyyədə icra edirik. “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzulu beynəlxalq konfransın Bakıda keçirilməsi və AQEM Qadınlar Şurasının ilk iclasının təşkili Azərbaycanın bütün beynəlxalq platformalarda yüksək hədəflər müəyyən etdiyini göstərir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, həm üzvlük, həm də sədrliyimiz çərçivəsində proqramlara çox ciddi vəzifələr daxil edilir. Azərbaycan sədrliyinin təşəbbüsü və dövlətimizin başçısının göstərişi ilə AQEM çərçivəsində ilk dəfə Qadınlar Şurasının yaradılması təklifi irəli sürülüb və üzv ölkələr tərəfindən dəstəklənib.

“Biz ümumilikdə insan kapitalının inkişafına və ölkələrimiz arasında çoxtərəfli əlaqələrin genişləndirilməsinə xüsusi önəm veririk. Qadınlar Şurasının yaradılması isə qadınların bu təşkilat çərçivəsində müzakirələrdə və qərarvermə prosesində daha fəal iştirakına, həmçinin öz töhfələrini verməsinə geniş imkan yaradacaq”,- deyə Bahar Muradova bildirib.

Müxbir-Aytac Haqverdiyeva
Fotoqraf-Azər İbrahimov
Operator-İlham Nadirov
Seçilən
16
3
azertag.az

4Mənbələr