AZ

Hizbullah İsrail ordusunun Bint Cbeylə hücumunu dəf etdi

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Hizbullah Livanın cənubunda yerləşən Bint Cbeyl bölgəsində İsrail Müdafiə Qüvvələrinin hücumunun dəf edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkat özünün teleqram kanalında məlumat yayıb.

Bəyanatda bildirilir ki, döyüşçülər Musa Abbas kompleksində və Bint Cbeylin şərq hissəsində yerləşən İsrail qüvvələrinin toplaşma nöqtələrinə raket zərbələri endiriblər.

Hizbullah qeyd edib ki, əməliyyatlar Livan və onun əhalisinə qarşı hücumlar dayanana qədər davam edəcək.

Məlumata görə, İsrail qüvvələri bölgədə irəliləməyə cəhd etsə də, ciddi müqavimətlə qarşılaşıb. Son döyüşlər zamanı hər iki tərəfdən itkilərin olduğu bildirilir.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr