AZ

İran-ABŞ danışıqları ilə bağlı SON DƏQİQƏ - Növbəti raund...

İran və ABŞ arasında danışıqların ikinci raundu ilə bağlı hələlik hər hansı qərar qəbul edilməyib.

Musavat.com xəbər verir ki, bu barədə IRNA agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Bəzi Pakistan mənbələrinin və ya Qərb mediasının növbəti raundun İslamabadda keçiriləcəyi ilə bağlı iddialarına cavab olaraq diplomatik mənbə qeyd edib ki, hazırda danışıqların İslamabadda və ya hər hansı digər formatda keçirilməsinə dair razılaşma barədə məlumat yoxdur", - agentliyin məlumatında bildirilir.

Eyni zamanda, "Bloomberg" agentliyi iddia edir ki, rəsmi Tehran danışıqların pozulmaması üçün Hörmüz boğazının blokadasını dayandırmaq variantını nəzərdən keçirir.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr