AZ

Müxalifət param-parça oldu – Paşinyana “yaşıl işıq”

Ermənistanda iyunun 7-nə təyin olunan parlament seçkiləri yaxınlaşdıqca siyasi mənzərə daha da aydınlaşır. Görünən odur ki, müxalif düşərgədə gözlənilən birlik baş tutmur və bu da hakimiyyətin mövqelərini gücləndirən əsas amillərdən birinə çevrilməkdədir.

Belə ki, baş nazir Nikol Paşinyanın əsas rəqibləri sayılan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Hayastan” partiyalar ittifaqı, rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası tərəfindən hökumət başçısı postuna ayrı-ayrılıqda namizədliklərinin irəli sürülməsi birlik xəyallarını puç edir. Son olaraq, Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyasının seçkilərə təkbaşına qatılmaq qərarı da müxalifətin parçalanmasının artıq fakt olduğunu göstərir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu Musavat.com-a bildirib ki, Paşinyanın reytinqində eniş müşahidə olunsa da, prosesin ümumi gedişi hakimiyyətin lehinədir: “Məhz bunu nəzərə alan müxalifət hökumətə qarşı vahid cəbhədən çıxış etməyə çalışırdı. Digər tərəfdən bilirsiniz ki, Rusiyaya bağlı olan qüvvələr də Moskvanın dəstəyinə ümid edir. Məhz bu səbəbdən Paşinyan Rusiyaya səfər etdi. Kameralar önündə fərqli mənzərə olsa da, düşünürəm ki, Paşinyan Rusiya ilə münasibətləri inkişaf etdirmək və seçkiöncəsi problemdən uzaq olmağa çalışır. Digər tərəfdən Ermənistan Avropa İttifaqı ilə də münasibətlərin pisləşməsini istəmir. Ona görə də Ermənistan rəsmilərinin Avropa İttifaqına nəzərdə tutulan səfəri buna hesablanıb”.

Azərbaycanla

Ə.Zülfüqaroğlu deyib ki, Paşinyanın ehtiyat etdiyi əsas sima Karapetyandır, o da həbsdədir:

“Karapetyanın ciddi maliyyə resurslarına sahib olması onun siyasi proseslərə təsir imkanlarını artırır. Amma Paşinyan onu neytrallaşdırmağa nail olub. Xüsusilə Karapetyanın Rusiya vətəndaşı olması hökumətin hüquqi baxımdan güclü arqumentlərə sahib olması deməkdir. Hakimiyyət çalışacaq ki, koalisiyaya getməyə məcbur olmasın, hökuməti yenə də təkbaşına formalaşdırsın. Hesab edirəm ki, buna da nail olacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr