AZ

Namusumu təmizləmişəm, əcəb edib cəzalandırmışam Bakıda ərini öldürən qadın

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmə tərkibinə etiraz edib. Qısa müşavirədən sonra vəsatətin təmin edilmədiyi bildirilib.

Daha sonra N. Məhərrəmova zərərçəkənin ailə üzvlərinə üzünü tutaraq Ədili öldürməkdə peşman olmadığını deyib:

"Ədil mənim xəstə qızıma zorakılıq edib. Mən də namusumu təmizləmişəm. Əcəb də edib onu öldürüb cəzalandırmışam. Ədil bıçağı götürüb atamı vurmaq istəyirdi. Mən özümü onun üstünə atıb buna imkan vermədim. Ədili evdə masaj edib özünə gətirməyə çalışanda qan sıçrayıb köynəyimi, üst-başımı buladı".

Təqsirləndirilən Nəcəf Qafarov özünün və Nuranə Məhərrəmovanın Ədil Məhərrəmovun öldürülməsində təqsiri olmadığını bildirib:

"Ədil araq düşkünü idi. Onu öldürmək niyyətim olsaydı, başını tovlayıb, bir yerə aparıb oradaca işini rahat bitirə bilərdim".

Məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçib.

Növbəti məhkəmə prosesi 12 may saat 14:15-ə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
lent.az

1Mənbələr