AZ

Ermənilər Rusiya ilə münasibətləri qorumaq istəyir Deputat

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Ermənistan vətəndaşları Rusiya ilə münasibətləri qorumaq istəyirlər". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Svetlana Jurova açıqlayıb. 

Deputat iki ölkə arasındakı münasibətlərdən danışıba: "Əgər söhbət yüksək səviyyəli siyasətdən gedirsə, təbii ki, bəzən bəzilərimizin nədənsə məmnun olmaya biləcəyi anlar olur. Lakin Ermənistanda yaşayan adi vətəndaşlar, əlbəttə ki, Rusiya ilə birlikdə olmaq istədiklərini deyirlər. Mən həmişə xalqa diqqət yetirərdim. Siyasətçilər bu gün bir cür, sabah başqa cür olurlar, amma nəticə etibarilə Rusiyaya necə baxacaqlarına xalq qərar verir. Düşünürəm ki, burada hər şey yerli səviyyədə yaxşıdır". 

Bundan əvvəl Ermənistan Parlamentinin spikeri Alen Simonyan Ermənistanın heç bir məsələdə Rusiya ilə münaqişə etməyəcəyini bildirmişdi. 

O, həmçinin Parlamentlərarası İttifaqın 152-ci Assambleyası zamanı Rusiya və Azərbaycan nümayəndələri ilə görüşəcəyini açıqlayıb.

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
unikal.az

2Mənbələr