AZ

“Yelo Bank”ın mənfəətində KƏSKİN AZALMA

Bu ilin birinci rübündə “Yelo Bank”ın aktivləri azalaraq ilin əvvəlindəki 1 milyard 515 milyon 245 min manatdan 1 milyard 512 milyon 822 min manata düşüb.

Publika.az bankın maliyyə hesabatında istinadən xəbər verir ki, maliyyə qurumunun öhdəlikləri də ilin əvvəlindəki 1 milyard 338 milyon 752.23 min manatdan 1 milyard 329 milyon 706.60 min manata düşüb.

Öhdəliklərin azalmasına bankın əmanət portfelinin kiçilməsi səbəb olub. Belə ki, fiziki şəxslərin əmanətləri ilin əvvəlindəki 930 milyon 542 min manatdan 914 milyon 580 min manata düşüb.

Hüquqi şəxslərin depozitləri isə 163 milyon 782 min manatdan 149 milyon 626 min manata qədər azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübündə şirkətlərin bankda 173 milyon 484 min manata var idi.

Seçilən
14
50
publika.az

10Mənbələr