AZ

Siril Viddersxoven: Azərbaycan yeni ixrac marşrutları formalaşdırır

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan yaşıl enerji istiqamətini fəal şəkildə inkişaf etdirir, bu da ixrac üçün yeni imkanlar açır və beynəlxalq aləmdə onun mövqeyini gücləndirir.

Bu barədə qlobal enerji bazarı, geosiyasət, enerji riskləri və təhlükəsizlik üzrə ekspert Siril Viddersxoven AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib. Onun sözlərinə görə, söhbət dəniz külək enerjisinin inkişafı, eləcə də Qara dənizdən keçən marşrut da daxil olmaqla, sualtı kabellər vasitəsilə Avropa istiqamətində bərpaolunan elektrik enerjisinin ixracı ilə bağlı layihələrdən gedir.

Ekspert qeyd edib ki, ölkə perspektivdə hidrogen istehsalı və ixracının mühüm mərkəzinə çevrilə bilər. O vurğulayıb ki, yaşıl enerjinin inkişafı ənənəvi neft və qaz sektorunu tamamlayır və daha şaxələndirilmiş enerji modeli yaradır; bu cür addımlar iqtisadiyyatın dayanıqlığını gücləndirir və Azərbaycanın qlobal enerji keçidinə uyğunlaşmasına imkan verir.

Müəllif – Tamilla Məmmədova

Seçilən
25
2
azertag.az

3Mənbələr