ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) doğum turizmi ilə mübarizə aparmaq qərarına gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əcnəbilərin ABŞ-də doğumu qadağan oluna bilər.
Belə ki, ICE uşağa vətəndaşlıq almaq məqsədi ilə turist vizası ilə ölkəyə daxil olmağı və ABŞ-də doğum etməyi əhatə edən sxemləri hədəfləyən əməliyyata başlayıb. Agentlərə əcnəbi qadınlar üçün bu cür sxemləri asanlaşdıran şirkətləri, vasitəçiləri və şəbəkələri müəyyən etmək tapşırılıb.
Bildirilir ki, viza müraciət edənlərə viza müraciətlərində köməklik göstərilir, onların məlumatları saxtalaşdırılır və doğumların təşkilində dəstək göstərilir. Ağ Evin sözçüsü Anna Kelli məsələyə münasibət bildirərək, “Geniş yayılmış doğuş turizmi vergi ödəyicilərinə külli miqdarda pul bahasına başa gəlir və milli təhlükəsizliyimizi təhdid edir”, - deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.