Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Sumqayıt şəhərində iş yoldaşına xəsarət yetirməkdə ittiham olunan 1958-ci il təvəllüdlü Adil Babayevin (ad-soyadlar şərtidir – red.) barəsində olan cinayət işi üzrə məhkəmə başa çatıb.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən “Alatava” adlanan dəyirman zavodunda baş verib. Babayev iş yoldaşı Nəriman Hüseynovu iş yerində növbə günün onun növbəsi ilə dəyişməsinə xahiş etməsinə sonuncunun etiraz edib və nalayiq ifadələrlə onu təhqir etməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Babayev bir dəfə yumruqla Hüseynovun sifət nahiyyəsindən, daha sonra yerdə olan kustar üsulu ilə hazırlanmış kətmənlə bir dəfə baş nahiyəsindən qəsdən vurub. Babayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işində olan ölüm haqqında şəhadətnamənin surətindən və elektron məhkəmə portalından əldə edilmiş çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən şəxs 10 noyabr 2025-ci ildə vəfat edib. Məhkəmənin baxış iclasında ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış həyat yoldaşı məhkəməyə yazılı ərizə təqdim edib. O, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib. Müdafiəçi də təqsirləndirilən şəxsin hüquqi varisinin mövqeyi ilə razı olduğunu bildirib. Dövlət ittihamçısı məhkəmə iclasında təqsirləndirilən şəxs ölməsi ilə bağlı olaraq onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməyib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədən düşmüş sayılıb.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.