Bu barədə Olaylar xəbər verir.
Belə ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31