AZ

ABŞ Prezidenti Britaniyanı Şimal dənizi neftini hasil etməməkdə qınayıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Avropa enerji üçün çarəsiz vəziyyətdədir, amma Böyük Britaniya buna baxmayaraq dünyanın ən böyük yataqlarından biri olan Şimal dənizi neftini hasil etməkdən imtina edir. Faciədir!”

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” səhifəsində paylaşıb.

“Norveç isə Şimal dənizi neftini Böyük Britaniyaya ikiqat qiymətə satır və böyük qazanc əldə edir. Enerji baxımından Şimal dənizində Norveçdən daha əlverişli mövqedə olan Böyük Britaniya qazma işlərinə başlamalıdır – QAZIN, QAZIN, QAZIN! Onların bunu etməməsi tamamilə absurddur”, - Tramp paylaşımında vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
50
apa.az

10Mənbələr