AZ

Paşinyanın partiyasından iddia: müxalifətin vahid namizədi Köçəryandır

Ermənistanda seçkilər ərəfəsində hakimiyyət müxalif düşərgə ilə bağlı diqqətçəkən iddia səsləndirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlament sədrinin müavini, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Ruben Rubinyan üç əsas müxalif qüvvənin baş nazir postu üçün faktiki olaraq eyni namizədi dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, həmin namizəd Ermənistanın ikinci prezidenti Robert Köçəryandır.

Rubinyan qeyd edib ki, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan baş nazirliyə namizəd ola bilməz, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan isə namizəd olmayacağını açıqlayıb. Bununla yanaşı, onun sözlərinə görə, bu partiya seçkilərə “gizli namizədlə” qatılır.

O əlavə edib ki, partiyanın siyahısında ikinci yerdə Andranik Tevanyan yer alır və siyahıda əvvəlki “Ermənistan” blokunun nümayəndələri – Elnar Vardanyan, Areqnaz Manukyan kimi şəxslər də var.

Rubinyan həmçinin bildirib ki, “Güclü Ermənistan” partiyasının siyahısında ikinci yeri Aram Vardevanyan tutur ki, o da vaxtilə Köçəryanın vəkili olub.

Parlament rəsmisi Karapetyanı Rusiya və Kipr pasportlarından imtina etməyə çağıraraq onun beynəlxalq danışıqlar aparmaq qabiliyyətini şübhə altına alıb.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr