Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində kobud qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 10-da saat 14:51 radələrində baş verib. Belə ki, 77-LT-579 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü birtərəfli hərəkət yoluna əks istiqamətdən daxil olaraq təhlükəli vəziyyət yaradıb. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsinin yolunu kəsib.
Hadisəni qeydə alan avtomobilin sürücüsü toqquşmanın qarşısını almaq üçün manevr edərək sağ zolağa – parkinq üçün nəzərdə tutulan hissəyə çəkilməyə məcbur olub.
Daha sonra o, qayda pozan sürücünü xəbərdar edərək “Dayı, əks istiqamətdə hərəkət edirsiniz” deyib. Lakin sürücü iradlara məhəl qoymayaraq qadına qarşı nalayiq ifadə işlədib və ərazini tərk edib.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.