AZ

Gürcüstanın daha bir bölgəsində quduzluq səbəbindən karantin elan olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 14 aprel, AZƏRTAC

Gürcüstanın şimal-qərbində, Sameqrelo-Yuxarı Svaneti bölgəsinin Martvili bələdiyyəsinin ərazisində quduzluq faktı qrydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında deyilir ki, şübhəli statusla təcrid olunmuş və müşahidə altında olan Kutaisi sığınacağına aparılan küçə itində quduzluq aşkarlanıb və buna görə də karantin elan edilib.

“Aprelin 14-də Kutaisi sığınacağına aparılan və şübhəli statusla təcrid olunmuş küçə itində quduzluq aşkarlanıb. Milli Qida Agentliyi hadisə ilə bağlı bütün müvafiq qurumları məlumatlandırıb, quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb. Epidemiyanın yayıldığı ərazidə karantin elan edilib” - deyə Agentliyin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın iki bölgəsində quduzluq səbəbindən karantin elan olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
2
azertag.az

3Mənbələr