AZ

Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş müzakirə edilib

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aprelin 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin videokonfrans formatında iclası keçirilib.Newscenter.az xəbər verir ki, iclası açan komitə sədri Səməd Seyidov gündəliyə beş məsələnin daxil edildiyini bildirib.İlk öncə komitə sədri gündəliyin birinci məsələsi – “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, sazişin əsas məqsədi müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq və əlaqələri daha da gücləndirməkdir. Bununla belə, sənəd hərbi təhsil, təlimlər, texniki əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar kimi müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.Sonra gündəliyin növbəti məsələləri – “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihələri müzakirəyə təqdim olunub. Qeyd edilib ki, hər iki məsələyə edilən dəyişikliklərin əsas mahiyyətini mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentlə bağlı məhkəmə əmrlərinin tanınması və icrası mexanizmi ilə bağlı məsələlər təşkil edir. Beləliklə, bu yeniliklər dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirəcək, xüsusilə də uşaqların maddi təminatı ilə bağlı qərarların digər ölkələrdə daha asan və effektiv icrasına imkan yaradacaq.Onlayn iclasda “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunun layihəsi barədə məlumat verən komitə sədri sənədin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin müvafiq strukturları və orqanları arasında əməkdaşlığın genişləndirilməsi, sənəd mübadiləsinin gücləndirilməsi və hüquqi aktların qanunvericilik çərçivəsində effektiv şəkildə həyata keçirilməsinin təmin edilməsi məqsədi daşıdığını söyləyib.Sonra “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında qanunun layihəsi müzakirəyə təqdim olunub. Məlumat verilib ki, sənədin əsas məqsədi Mərkəzin effektiv fəaliyyətini təmin etmək, onun hüquqi şəxs kimi səlahiyyətlərini, eləcə də bina, əmlak, maliyyə və kommunikasiya sahələrində hüquqlarını tənzimləməkdir.Qanun layihələrinin müzakirələrində komitənin üzvləri Zaur Şükürov, Fariz İsmayılzadə, Nigar Məmmədova, Pərvanə Vəliyeva çıxış ediblər, məsələlərlə bağlı qeydlərini, təkliflərini səsləndiriblər.Tədbirin sonunda qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.Onlayn iclasda komitə sədrinin müavini Nigar Arpadarai, komitənin üzvləri Sevinc Fətəliyeva, Gülşən Paşayeva, Cavanşir Feyziyev, Rasim Musabəyov, Elçin Mirzəbəyli, Rizvan Nəbiyev, Elman Nəsirov, Asim Mollazadə, Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
newscenter.az

2Mənbələr