AZ

Əllərdə keyimə və iynələnmə hansı xəstəliyin əlamətidir?

Əllərinizdə hiss etdiyiniz keyimə yorğunluq əlaməti yox, bədəninizin sizə verdiyi siqnal ola bilər.

Ölkə.Az xəbər verir ki, bunu revmatoloq Kamilə Yusifova deyib. 

“Əgər sizdə barmaqlarda keyimə və iynələnmə hissi, gecələr artan ağrılar və əldə zəiflik varsa, əşyaları tutmaqda çətinlik çəkirsinizsə, bunun bir neçə səbəbi var.

Ən çox rast gəlinən səbəblər karpal tunel sindromudur (sinirin sıxılması).

Digər səbəblər isə boyun fəqərələrində problem, revmatik xəstəliklər və B12 çatışmazlığıdır”, - deyə o bildirib. 

Həklimin sözlərinə görə, erkən müayinə ağırlaşmaların qarşısını almaq baxımından olduqca vacibdir.

Billurə
 

Seçilən
5
50
olke.az

10Mənbələr