AZ

Rauf Rüstəmli “Kəpəz”i darmadağın etdi - REPORTAJ

Karvan-Yevlax - Kəpəz (Gəncə) 4:1 (2:0)
99. Pedro Mateuş – 6,0
21. İmani Barker – 6,0
5. Emin Rüstəmov – 6,0
33. Eltun Turabov – 7,0
13. Vüsal Məsimov – 6,5
(37. Mois Nqvisani, 83) – qiymətsiz
6. Vadim Abdullayev (k) – 5,5
16. Rauf Rüstəmli – 7,5
2. Şakil Sno – 6,0
11. Kayl Spens – 7,0
(10. Samuel Durrant, 83) – qiymətsiz
20. Coy Sleyd Mikels – 6,0
(17. Samir Abdullayev, 83) – qiymətsiz
14. Uğur Cahangirov – 6,0
(19. Tompson Qavi, 71) – 5,0
Ehtiyat oyunçular
1. Kamran İbrahimov
25. Əmrah Bulud
8. Peter Kings
4. Olavale Doyeni
Baş məşqçi: Fizuli Məmmədov
Komandanın ən yaxşısı: Rauf Rüstəmli

33. Yusif İmanov – 6,0
14. Adama Fofana – 5,0
24. Olavale Onanuqa – 4,5
4. Mate Abuladze – 5,0
7. Ehtiram Şahverdiyev – 5,5
(5. Rauf Hüseynli, 83) – qiymətsiz
12. Mahamadu Ba – 5,5
88. Şakir Seyidov – 5,5
6. Camal Cəfərov – 5,0
(17. Ümid Səmədov, 46) – 5,5
77. Fərid Nəbiyev – 6,5
(99. Əli Səmədov, 83) – qiymətsiz
11. Rəhman Hacıyev – 6,0
9. Luis Paçu (k) – 6,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
80. Şahnur İsmayılov
57. Amur Yusifov
10. Rinosuke Ohori
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Fərid Nəbiyev

Qollar: R.Rüstəmli, 38 (1:0, K.Spens). R.Rüstəmli, 45+1 (2:0, K.Spens). F.Nəbiyev, 49 (2:1, L.Paçu). E.Turabov, 65 (3:1,V.Məsimov). R.Rüstəmli, 90+4 (4:1).
Vərəqələr: O.Onanuqa, 31 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 38 (hakimin qərarına etiraz). İ.Barker, 50 (qeyri-idman hərəkəti). E.Turabov, 86 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: NİCAT İSMAYILLI, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev (hamısı Bakı).
VAR hakimi: Emin Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Elçin Məsiyev (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Novruz Əzimov (Bakı).
10 aprel. Yevlax. Şəhər stadionu. 2500 tamaşaçı (6000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Afişada autsayderlərin duelinin maraqlı keçəcəyini yazsaq da, bu qədərini ağla gətirməmişdik. Əlbəttə, favoritlər heç də həmişə qələbə qazanmır. Lakin kimsə əvvəlcədən “Qarabağ”dan xal alandan sonra “Qəbələ”yə uduzan “Kəpəz”in mövsüm ərzində cəmi bir qələbəsi olan “Karvan-Yevlax”a böyük hesabla uduzacayını desəydi, ona gülərdik. Hələ onu demirik ki, yevlaxlıların vitse-prezidenti Kənan Kərimovun oyundan əvvəl qəzetimizə verdiyi “Kəpəz”lə oyun bizim üçün dönüş nöqtəsi olacaq” açıqlamasını bir çox gəncəli azarkeş gülüşlə qarşılamışdı.

Düzdü, matç “sarı-göylər” üçün pis başlamadı. Yusif 6-cı dəqiqədə Mikelsin, bir qədər sonra Onanuqanın zərbələrini zərərsizləşdirdi. Bəli-bəli, düz oxuduz, çünki qolkiper nigeriyalının qeyri-dəqiq ötürməsindən sonra topa vaxtında yiyələndi. Əks halda, Mikels növbəti dəfə bəxtini sınaya bilərdi. 32-ci dəqiqədə bir daha hücuma keçən meydan sahibləri yenə uğursuz oldu. Burda təxminən 15 metr məsafədən cərimə zərbəsini yerinə yetirən Vüsal qeyri-dəqiqliklə yadda qaldı. Yevlax təmsilçisi qol istəyinə 38-ci dəqiqədə çatdı: Spensin ötürməsini qəbul edən Rauf cərimə meydançasına daxil olar-olmaz topu tora qovuşdurdu.Belədə “Kəpəz”in daha fəal oyununa şahidlik edə bilərdik. Ancaq meydan sahiblərinin fərqi artırması planı pozdu. Daha doğrusu, Rauf Spensin 45+1-ci dəqiqədə etdiyi ötürmədən də maksimum faydalandı.

İkinci hissə “Kəpəz”in fərqi azaltmasıyla başladı. 48-ci dəqiqədə cərimə meydançasına daxil olan “sarı-göylər” Paçunun ötürməsi, Fəridin qolu sayəsində dönüş imkanı əldə etdi. İş ondadı ki, yevlaxlılar gəncəlilərə şans tanımaq niyyətində deyildi. Rəqibi küncə sıxan komanda 57-ci dəqiqədə Mikelsin ardıcıl zərbərləriylə üstünlüyünü möhkəmləndirməyə çalışsa da, Yusif hər iki təhlükəni sovuşdurdu. Bir qədər sonra Rauf het-trik müəllifi olmağın astanasından döndü. Daha dəqiqi, Yusif yenə vəzifəsinin öhdəsindən gəldi. Ardınca qolkiperin Mikelsin daha bir zərbəsini dəf etdiyini görsək də, Eltun adını tabloya yazdırdı. O, bunu Vüsalın ötürdüyü topu cərimə meydançasının kənarından birbaşa “çərçivə”yə göndərməklə bacardı. Son nöqtəni isə Rauf qoydu. Onanuqanın qeyri-dəqiq ötürməsi üzündən topu ələ keçirən gənc müdafiəçi 90+4-cü dəqiqədə het-trikə imza atdı.

Beləliklə, “Karvan-Yevlax” sona 6 tur qalmış premyer-liqada qalmaq ümidini az da olsa, dirçəltdi.

KƏNAN BAHADIR

Seçilən
0
1
football-plus.az

2Mənbələr