AZ

Şagirdıər toyuq dönərindən zəhərləndi Xəstəxanaya yerləşdirildilər

ain.az, Medicina portalına istinadən məlumat yayır.

Türkiyədə İstanbulun Ataşehir rayonundakı orta məktəbdə zəhərlənmə hadisəsi baş verib.

Medicina.az xəbər verir ki, Ataşehir rayonundakı Piri Rəis orta məktəbində zəhərlənmə hadisəsinin baş verdiyi iddia edilir. Məlumata görə, məktəbin bəzi şagirdləri məktəb yeməkxanasından toyuq dönəri yedikdən sonra özlərini pis hiss ediblər. Xəbərdarlıq edildikdən sonra hadisə yerinə çoxsaylı təcili yardım maşınları və UMKE (Milli Tibbi Xilasetmə Qrupu) göndərilib. Məktəbdəki şagirdlərə ilkin tibbi yardım göstərilib, daha sonra onlar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Hadisədən sonra narahat valideynlər məktəbə axışıblar. Təcili yardım qrupları müdaxiləni davam etdirərkən məktəbin ətrafına çoxlu sayda insan toplaşıb.

Zəhərlənmə iddiası ilə bağlı araşdırma başlanıb.

Aygün

Medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

2Mənbələr