AZ

Kəşfiyyatın sabiq rəhbəri: "Tramp psixi xəstədir"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Con Brennan ölkə Prezidenti Donald Trampın Konstitusiyanın 25-ci düzəlişinə əsasən vəzifədən uzaqlaşdırılmasının tərəfdarı olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb kimi Trampın İranla bağlı müharibə fonunda səsləndirdiyi bəyanatlar göstərilir. Xüsusilə onun “İran sivilizasiyasının məhv edilməsi” ehtimalını dilə gətirməsi narahatlıq doğurub.

Brennan Trampın dövlət başçısı kimi vəzifələrini yerinə yetirmək qabiliyyətində olmadığını iddia edərək, onun davranışını təhlükəli kimi qiymətləndirib. "Bu adam dəqiq psixi xəstədir. 25-ci düzəlişi Trampa görə yazılıb",- deyə o bildirib. Məlumatı "Bild" yayıb.

Qeyd edək ki, bu mexanizm impiçmentdən fərqlidir. ABŞ Konstitusiyasının 25-ci düzəlişinə əsasən, vitse-prezident və Nazirlər Kabinetinin əksəriyyəti prezidentin fəaliyyət qabiliyyətinin olmadığını yazılı şəkildə bəyan edərsə, səlahiyyətlər vitse-prezidentə keçir. Prezident etiraz edərsə, son qərarı Konqres üçdə iki səs çoxluğu ilə qəbul etməlidir.

Ekspertlər hazırkı şəraitdə bu ssenarinin reallaşma ehtimalını aşağı qiymətləndirirlər. Belə ki, Tramp administrasiya daxilində və Konqresdə respublikaçılar arasında dəstəyini qoruyur. O,i bundan əvvəl ilk prezidentlik dövründə iki dəfə impiçment prosedurundan keçib. 

Seçilən
23
cebheinfo.az

1Mənbələr