AZ

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 14 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların ikinci mərhələsinin növbəti iki gün ərzində baş tuta biləcəyini bildirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “The New York Post” qəzetinə verdiyi telefon müsahibəsində deyib.

Tramp əvvəlcə danışıqların Avropada keçiriləcəyini desə də, sonradan yenidən Pakistanın paytaxtında baş tuta biləcəyini söyləyib.

Qeyd edək ki, danışıqların ilk mərhələsi nüvə məsələsində razılaşma olmadan başa çatıb və Ağ Ev bunun əsas mübahisəli məqam olduğunu bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
27
azertag.az

10Mənbələr