Ermənistan silahlı qüvvələrində daha bir ölüm hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinə məxsus hərbi hissələrdən birində 19 yaşlı əsgər həyatını itirib.
Məlumata görə, gənc hərbçi poliqonda güllə yarası alıb. Onun ağır vəziyyətdə hospitala aparılmasına cəhd edilsə də, əsgər yolda ölüb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.
Musavat.com