AZ

Mbappe: "Real Madrid"də çıxış etmək Tanrının bəxş etdiyi hədiyyədir"

Ulduz futbolçu Kilian Mbappe formasını geyindiyi "Real Madrid" klubu barədə səmimi fikirlərini bölüşüb.

"Ölkə.az" xəbər verir ki, 27 yaşlı hücumçu "kral klubu"na olan sonsuz heyranlığını bu sözlərlə ifadə edib:

"Real Madrid"də çıxış etmək mənim üçün sadəcə bir fürsət deyil, Tanrının bəxş etdiyi hədiyyədir. Bu, daxilimdəki bütün duyğuları ən yüksək səviyyədə yaşamaq üçün bənzərsiz bir şansdır. Dünyanın ən böyük klubunun tərkibində olmaq, ən möhtəşəm matçlarda iştirak etmək qürurvericidir. Hər səhər yaşıl meydançaya qədəm qoyaraq məni xoşbəxt edən bu işlə məşğul ola bildiyim üçün özümü sonsuz dərəcədə minnətdar hiss edirəm.

Dünya futbolunun şəriksiz liderlərindən biri sayılan bir ölkədə çıxış etmək, xüsusən də planetin ən yaxşı stadionlarından olan əzəmətli "Santyaqo Bernabeu"ya ayaq basmaq insanı sözün əsl mənasında həyəcanlandırır".

Xatırladaq ki, məşhur hücumçu 2024-cü ilin yay mövsümündən etibarən Madrid təmsilçisinin şərəfini qoruyur.(oxu.az)

Seçilən
43
2
olke.az

3Mənbələr