AZ

Avropasız Ukrayna böhranını həll etmək mümkün deyil – Almaniya kansleri Fridrix Merts

Almaniya kansleri Fridrix Merts Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə brifinqdə bildirib ki, Avropa olmadan ABŞ-ın iştirakı ilə Ukraynada sülh yolu ilə həll mümkün deyil. “Əminəm ki, avropalılar olmadan Rusiya Federasiyası ilə heç bir razılaşma olmayacaq. Bunu rəsmi və qeyri-rəsmi şəkildə dəfələrlə demişəm.

Amerika hökuməti bunu bilir. Əgər onlar hər hansı bir razılaşmaya imzamızı istəyirlərsə – hələ hansının olduğunu bilmirəm – bu imza lazımdır, çünki Avropa bu prosesin və bu sülh razılaşmalarının bir hissəsi olmalıdır. Bu o deməkdir ki, avropalılar eyni masada oturmalıdırlar”, – deyə Almaniya hökumətinin rəhbəri bildirib.

Merts qeyd edib ki, Berlin hazırda təhlükəsizlik müşavirləri səviyyəsində danışıqlar üçün başqa bir görüş təşəbbüsü ilə çıxış edir və ora Vaşinqton da dəvət olunub.

Zelenski öz növbəsində vurğulayıb ki, Avropanın ölkənin müdafiəsinə verdiyi töhfə çox əhəmiyyətlidir. “Amerikalı tərəfdaşlarımız bu və ya digər ünsiyyət formatını təklif etdikdə, mən həmişə deyirdim: hətta ünsiyyət [Rusiya və ABŞ ilə] üçtərəfli formatda baş versə belə, Avropa olmadan heç bir razılaşma əldə edilə bilməz… Əminəm ki, yekun razılaşmalarda məhz bu baş verəcək”, – deyə prezident bildirib. O, vurğulayıb ki, Avropanın sülh yolu ilə həllində iştirakına qarşı çıxan Moskvadır. “Bütün bunlar üzərində işləməliyik, çünki Rusiya sadəcə bu müharibəni dayandırmamaq üçün səbəblər axtarır. Avropa səbəblərdən biridir, baxmayaraq ki, əsas səbəb onların müharibəni dayandırmaq istəməməsidir”, – deyə dövlət başçısı əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
47
22
editor.az

10Mənbələr