AZ

ABŞ-İran danışıqları bir neçə gün ərzində bərpa oluna bilər − Tramp açıqladı


İran və ABŞ arasında danışıqlar bir neçə gün ərzində İslamabadda bərpa oluna bilər.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “The New York Post” qəzetinə bildirib.
“Siz həqiqətən orada qalmalısınız, çünki yaxın bir neçə gün ərzində bir şey baş verə bilər. Və biz ora getməyə meylliyik”, - Tramp Pakistan paytaxtını nəzərdə tutaraq deyib. 
Tramp həmçinin Pakistan Silahlı Qüvvələrinin baş komandanı, feldmarşal Asim Munirin ABŞ-İran danışıqlarının əvvəlki mərhələsinə verdiyi töhfəni yüksək qiymətləndirib:
“O, əla oğlandır və buna görə də ora qayıtma ehtimalımız daha yüksəkdir. Niyə bununla heç bir əlaqəsi olmayan başqa bir ölkəyə getməliyik?”
Seçilən
24
16
yeniavaz.com

10Mənbələr