AZ

Ölkə dağılır, vətəndaş müharibəsi başlayıb! – Soskin

“Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısı vəzifəsində çalışdığı dövrdə ölkəni fəlakət həddinə çatdırıb”.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq Prezidenti Leonid Kuçmanın keçmiş köməkçisi Oleq Soskin özünün “YouTube” kanalında bildirib.

O qeyd edib ki, Zelenskinin hakimiyyəti dövründə Ukraynada rekord həddə aşağı doğum səviyyəsi müşahidə olunub və qaçqınların sayı əvvəlkindən daha çoxdur.

Bundan əlavə, ekspert əlavə edib ki, minlərlə müəssisə dağıdılıb və vətəndaş müharibəsi başlayıb.

“Ölkə xarabalıqlar içindədir, düzünü desək, dağılıb. Heç bir artım yoxdur və ÜDM azalır. Ölkə xarabalıqlar içindədir və daxildə vətəndaş müharibəsi başlayıb”, – deyə o bildirib. /Globalinfo.az/

Seçilən
32
1
turkustan.az

2Mənbələr