AZ

Şahbaz Şərif Türkiyəyə gələcək

Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasında davam etdirdiyi vasitəçilik səyləri çərçivəsində Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunub ki, səfərin əsas məqsədi son günlərdə İslamabadda keçirilən, lakin tərəflərin razılığa gələ bilmədiyi ABŞ-İran danışıqlarından sonra regionun aparıcı ölkələri ilə məsləhətləşmələr aparmaqdır.

Xatırladaq ki, aprelin 11 və 12-də İslamabadda keçirilən danışıqlarda ABŞ-nin “uranın çıxarılması” tələbi və İranın “dəyişən şərtlər” iddiası səbəbindən konsensus əldə olunmamışdı.

"Cebheinfo.az" 

Seçilən
0
1
cebheinfo.az

3Mənbələr